Müdafiə nazirindən Rusiya və Əsədə mesaj: "Suriyaya qarşı hücumla bağlı konqresi məlumatlandıracaq"

img

12-04-2018 [21:57]


ABŞ Müdafiə naziri Ceyms Mettis Suriyadakı daxili savaşı Cenevrə danışıqları çərçivəsində bitirəcəklərini bəyan edib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, o, Suriyada kimyəvi silah hücumu ilə bağlı hazırda sübut axtardıqlarını deyib:

"Biz Suriyada - Şərqi Qutada kimyəvi silah tətbiq edilməsinə inanırıq. Hazırda bununla bağlı sübut axtarırıq, dəlilləri toplayırıq".

Mettis kimyəvi silah tətbiqində Rusiyanı günahlandırıb.

O, Suriyaya qarşı hər hansı bir hücumla bağlı konqresi məlumatlandıracaqlarını da bildirib: "Hələlik isə Suriya ilə bağlı konkret qərar verməmişik".

Onu da qeyd edək ki, Prezident Tramp az əvvəl Suriya ilə bağlı məsləhətləşmələrə başladıqlarını deyib: "Artıq əlaqədar qurumların rəhbərləri ilə məsləhətləşirik, yaxın günlərdə qərarımızı verəcəyik".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA