"Tezliklə vura da bilərik, vurmaya da..." - Trampdan ikinci mesaj

img

12-04-2018 [15:26]


ABŞ prezidenti Donald TrampSuriyada müharibəyə başlamaq barədə danışıb.

"Twitter" hesabında yazan Tramp "Suriyaya hücum barədə tarix verməmişəm. Qısa müddətdə baş verə də bilər, bilməyə də. Mənim rəhbərliyim altında İŞİD terror təşkilatını regiondan silməkdə böyük işə imza atmışıq. Bizim "Təşəkkürlər Amerika"mız haradadır?!" fikirlərini yazıb.

Qeyd edək ki, ABŞ prezidenti dünən "Hazır ol, Rusiya, raketlərimiz gəlir" açıqlamasını vermişdi.

ABŞ bir neçə gün əvvəl Suriyanın Şərqi Quta ərazisinə təşkil edilən kimyəvi silah hücumunda Rusiya və Bəşər Əsəd hökümətini ittiham edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA