Ərdoğan Əsədi hədələdi: "Bu qətliamın əvəzini çox ağır şəkildə ödəyəcəksiz"

img

10-04-2018 [16:07]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl Suriyanın Şərqi Quta bölgəsində 80 nəfərin ölümü, yüzlərlə insanın zəhərlənməsinə səbəb olan kimyəvi silah hücumu ilə bağlı Əsəd rejiminə kəskin xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, o, bu gün keçirilən toplantıda  bu hücumu lənətlədiyini bəyan edərək, cavabdehləri hədələyib: "Bu hücumu təşkil edənlər, orada qətliam törədənlər bunun əvəzini çox ağır şəkildə ödəyəcəklər".

Ərdoğan dünən Rusiya prezidenti Putinlə telefonda apardığı müzakirəni də xatırladaraq qeyd eidb ki, hazırda kimyəvi silahla bağlı Əsəd rejiminin necə cəzalandırılması ilə bağlı müzakirələr aparır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA