İsrail Əsədə bağlı aviabazanı iki F-15-lə vurdu - Rusiya xəbəri təsdiqlədi: "5 raket havada məhv edilib"

img

09-04-2018 [11:41]


Dünən gecə Suriyanın Hüms vilayətinin şərqində yerləşən və Əsədə bağlı olan T-4 aviabazasına raket zərbələri endirib.

Mia.az xarici mətbuata istinadən bildirir ki, hərbi bazaya atılan 8 raket Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilsə də, bir neçə raket bazaya düşüb. Nəticədə ölən və yaralananlar var.

Ancaq rejim hələki ölən və yaralananların sayını açıqlamasa da, hücumun ABŞ tərəfindən həyata keçirildiyini bəyan edib. ABŞ isə bu iddianı təkzib edib.

Rusiya Müdafiə Nazirliyi isə hücumu İsrailin təşkil etdiyini bəyan edib.

Bu barədə nazirliyin məlumatında qeyd edilib ki, hücumu İsrailin iki F-15 təyyarəsi təşkil edib: "Onlar Livan ərazisindən aviabazaya raket zərbələrin endirib. Onların 5 raketi havada məhv edilsə də, 3-ü bazaya düşüb".

Rusiya MN bildirib ki, bazada olan rus hərbçilərdən həlak olan və yaralanan olmayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA