İki yunan əsgəri Afinaya sığınan FETÖ üzvləri ilə dəyişdiriləcək? - Baş nazirin müavinindən açıqlama

img

08-04-2018 [14:26]


Xəbər verildiyi kimi, ötən ay dumanlı havada azaraq Türkiyə sərhədini keçən iki yunan əsgərinə görə Ankara ilə Afina arasındakı gərginlik daha da şiddələnib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin iki yunan əsgərini buraxmaması FETÖ üzvlərinin Yunanıstanda isti qarşılanmasıdır. Hansı ki, Ankara çevriliş cəhdindən sonra Yunanıstana qaçan keçmiş ordu mənsublarının dərhal təhvil verilməsini tələb edib. Afina isə bu tələbi rədd edib.  O üzdən Türkiyədə hazırda həbsdə saxlanılan iki yunan əsgərinin FETÖ üzvləri ilə dəyişdiriləcəyi xəbərləri yayılıb.

Yayılan xəbərlərə isə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ aydınlıq gətirib. Onun sözlərinə görə, belə iddia əsassızdır: "Türkiyədə həbsdə olan Yunanıstanlı əsgərlərin dəyişdirilməsi müzakirə mövzusu deyil".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA