Türk ordusundan İraqın 20 km-də sensasion əməliyyat: 8 helikopterlə 7 kəndə komandos endirdi - Ərbildə təlaş

img

07-04-2018 [16:16]


Türk Silahlı Qüvvələri İraq Kürd Muxtariyyətinin paytaxtı Ərblin Sidekan bölgəsinə hərbi qüvvə yeridib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddialı məlumatı Bərzani hökumətinin təsiri altında olan və muxtariyyətdə nəşr olunan "Rudaw" qəzeti yazıb.

Qəzet bildirib ki, Sidekandakı dağların zirvəsinə səkkiz helikopterlə əsgər endirib: "Bu gün Türkiyə ordusu öz sərhəddindən 20 km bizim içərimizə doğru faktiki irəliləyib".

Qəzet Sidekan bölgəsindəki Şapan kəndinin müxtarı Faris Rəsuldan da açıqlama alıb. 

O, bildirib ki, Türk savaş qırıcıları dünən gecədən ərazini bombalayır: "Bəli, Türkiyə bombalamaqla yanaşı, bu gün 8 helikopterlə Şapan, Dilan, Kevet, Bene, Çiyasor, Alekan və Çiyaneya dağlarına əsgərlər düşürdü".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA