Ərdoğanla "Polat Alemdar" arasında maraqlı dialoq - VİDEO

img

06-04-2018 [23:36]


Yəqin xatırlayırsınız, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi geyimdə Suriya sərhədinə ən yaxın məntəqə olan Oğulpınar Sərhəd Nəzarət Buraxılış Məntəqəsinə səfər etmişdi.

Səfərdə şou-biznesin və idman aləminin məşhur simaları prezidenti tək qoymayıblar. "Kurtlar Vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polat Ələmdar) da həmin sənətçilər arasında olub. Görüşdə Müdafiə Nazirliyinin Baş Qəragah rəisi Hulusi Akar, Ərdoğan və Necati Şaşmaz arasında maraqlı dialoq keçib.

H.Akar "Kurtlar Vadisi Afrin” serialının çəkilməsini təklif edib. Aktyor "Ola bilər, əfəndim, məncə, çox yaxşı fikirdir”, - deyə cavab verib.

Ərdoğan isə dialoqa "Polat İdlibə də girə bilər yəni” sözləri ilə qoşulub. N.Şaşmaz prezidentin bu sözlərini "Baş komandirim əmr edərsə, anında” cümləsi ilə cavablandırıb.(virtualaz)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA