Merkel ABŞ-a səfər edəcək - Trampla "Skripal qalmaqalı"nı müzakirə edəcəklər

img

05-04-2018 [21:04]


Almaniya kansleri Angela Merkel aprelin 27-də ABŞ-a səfər edəcək.

Məlumatı Almaniyada çıxan "Bild” qəzeti yayıb.

Bildirilib ki, o, ABŞ prezidenti Donald Trampla görüşəcək.

Səfərin tarixi rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib. Bu, yenidən kansler olduqdan sonra Angela Merkelin ABŞ-a ilk səfəri olacaq.

Qeyd edək ki, Donald Trampla Angela Merkel Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal qalmaqalını telefonla müzakirə ediblər. Onlar Britaniya ilə həmrəylik əlaməti olaraq birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıblar/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA