Yunanıstanın Baş nazirindən ilginc ittiham: "Ankara "çıxmaz dalan" taktikasından əl çəkməlidir"

img

03-04-2018 [14:20]


Yunanıstanın Baş naziri Aleksis Çipras Türkiyə ilə aralarında yaşanan gərginliklə bağlı yeni mesajlar verib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, Türkiyəni iki ölkə arasındakı əlaqələri pozmaqda ittiham edib.

Çipras iddia edib ki, Türkiyə təxribatları sıxlaşdırıb, bununla da münasibətləri gərginləşdirir: "Münasibətlərin qaydaya düşməsi üçün çalışmalıyıq. Lakin Türkiyə təxribatları daha da artırır. Mən, Ankaranı bu "çıxmaz dalan" taktikasından əl çəkməyə çağırıram".

Baş nazir bildirib ki, Türkiyədə həbsdə olan iki yunan əsgərinin buraxılması gərginliyin götürülməsi istiqamətində mühüm addım olacaq: "Bu addım Türkiyənin müsbət addımı kimi dəyərləndiriləcək".

Xatırladaq ki, Türkiyə XİN iki yunan əsgərinin Yunanıstanın siyasətə alət etmə cəhdini pisləyib. Nazirlik dünən yaydığı açıqlamada bunun dövlət ciddiyyəti ilə uyğun olmadığını vurğulayıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA