“Süleyman şah türbəsi Suriyaya - əvvəlki yerinə qaytarılacaq, ora Türkiyə torpağıdır" - Baş nazirn müavini

img

02-04-2018 [12:41]


"Süleyman şah türbəsi gec-tez öz əvvəlki yerinə qaytarılacaq”.

"Report” "CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Fikir Işık bildirib.

"Çünki ora Türkiyə torpaqlarıdır”, -deyə o, vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin fevralın 21-də Türkiyə Suriyanın Hələb şəhəri ərazisindəki Karakozak kəndindəki Süleyman şah türbəsində xidmət edən əsgərlərinin təxliyyəsi üçün əməliyyat keçirib. Əməliyyat nəticəsində Süleyman şahın nəşinin qalıqları və "Süleyman şah" Fəxri Mühafizə Alayının əsgərləri Türkiyəyə gətirilib. Süleyman şahın cəsədinin qalıqları Suriyanın Türkiyə ilə sərhədinə 200 metr məsafədə olan Eşme bölgəsində mühafizə edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA