İranın Yunanıstandakı səfirliyinin əməkdaşı silahlı hücuma məruz qaldı - Tehrandan sərt reaksiya

img

31-03-2018 [18:03]


 İranın Yunanıstandakı səfirliyinin əməkdaşı hücuma məruz qalıb.

Bu barədə məlumat verən İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasemi bildirib ki, səfirlik əməkdaşına soyuq silahla hücum olub. 

Baş verən insidentlə əlaqədar Yunanıstanın Tehrandakı səfirliyinin müşaviri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub. 

İran tərəfi Yunanıstandan tələb edib ki, Afinada baş verən cinayət hadisəsi tez bir zamanda araşdırılsın və təqsirkarlar cəzalandırılsın. Rəsmi Tehran İranın Yunanıstandakı diplomatık nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsini də tələb edib.

B.Qasemi bildirib ki, Yunanıstanın İrandakı səfiri ölkədə olmadığı üçün etiraz notası onun müşavirinə təqdim edilib/Azərtac.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA