Rusiya və ABŞ Suriyada açıq toqquşmadan son anda çəkiniblər - Nazir açıqladı

img

29-03-2018 [16:11]


Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb.

Axar.az xəbər verir ki, gərginliyə tərəflər arasındakı telefon danışığından sonra son qoyulub.

Həftənin əvvəlində baş verən gərginliyin detallarını ABŞ-ın Müdafiə naziri Ceyms Mettis açıqlayıb.

"Hadisə Fəratın şərqində Deyr əz-Zor bölgəsində baş verib. Rusiyanın dəstəklədiyi qüvvələr daha yaxın mövqe qazanmaq üçün hərəkətə keçmişdi”, - Mettis bildirib.

Mettis həmçinin ABŞ Baş Qərargah rəisi general Cozef Danfordla rusiyalı həmkarı Valeri Gerasimovun görüşünün münaqişəyə son qoyduğunu qeyd edib.

"Rusların dəstəklədiyi qüvvələr geri çəkildi, biz də çox az çəkildik”, - Mettis əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA