Zaxarova şoka düşüb: "Tereza Meyin təqdim etdikləri uşaq rəsminə bənzəyir"

img

29-03-2018 [11:58]


Böyük Britaniyanın QRU-nun keçmiş zabiti Sergey Skripalın zəhərlənməsi ilə bağlı paylaşdığı faktlar aşağı sinif şagirdlərinin işlərinə bənzəyir.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova danışıb.

"Əlbəttə, şok oldu. Bunlar uşaq rəsmlərini xatırladır. Uşaqları belə öyrədirlər. Mən bunun nə olduğu bilmirəm. Mövzu barəsində yalnız Baş nazir Tereza Meyin səsləndirdiyi həmin tezislərin istifadə edildiyi bu təqdimat kompüteri yenicə mənimsəyən aşağı sinif şagirdləri səviyyəsində hazırlanıb. Cəmi 6 səhifədir və bu səhifələrdən biri elə təqdimatın adıdır. Hər hansı bir informasiyadan söhbət gedirsə, onda belə səhifələrin sayı 5-dir. Sadəcə, bu 5 səhifə də mətn deyil, şəkildən ibarətdir”, - Zaxarova bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Böyük Britaniyanın Moskvadakı səfirliyində Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı təqdimat təqdim edilib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA