Türkiyə ilə ABŞ arasında Menbiçlə bağlı rəsmi danışıqlar başlayır - Tarix açıqlanıb

img

28-03-2018 [14:06]


Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbic əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

O, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.

Xatırladaq ki, Membicə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir, Vaşinqtondan isə terrorçuların Membicdən çıxarılmasını tələb edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA