"Lotu Quli"yə böyük zərbə: Oğru dünyasının yeni "kral"ı məlum oldu

img

28-03-2018 [12:03]


Oğru aləminin yeni "kral"ının kimliyinə aydınlıq gəldi.

Keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru"Şişkan” ləqəbli Oleq Şişkanovelan edilib. Məlumata görə, bu məsələ Ded Xasanınvarisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovunda (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib. "Sxodka”da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində "obşak”aVasili Xristoforov(Vasya Voskres) və Merab Qoqiya(Meliya) nəzarət edəcək.

Şişkanın namizədliyiEduard Asatryan(Edik Osetrina),Yuri Piçuqin(Piçuqa),Tariel Onianikimi nüfuzlu qanuni oğrular tərəfindən də dəstəklənib.

Maraqlısı odur ki, 1 nömrəli qanuni oğru adına hazırda İstanbulda yaşayan azərbaycanlıNadir Səlifov(Lotu Quli) da iddia edirdi. Amma son anda qərar Şişkanovun xeyrinə verilib. Məlumata görə, bu məsələdə həlledici rolu Şakro Molodoy oynayıb/Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR