Britaniyanın Baş naziri Putinə başsağlığı məktubu göndərdi: "Yanınızdayıq"

img

27-03-2018 [23:51]


Böyük Britaniya Baş naziri Tereza Mey Kemerovo şəhərinin "Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli faciə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Bu barədə Böyük Britaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb.

"Kemerova şəhərində "Qış albalısı” ticarət mərkəzində baş verən faciə ilə bağlı başsağlığımı çatdırmaq üçün sizə yazıram. Britaniya xalqı öz dua və düşüncələri ilə faciədə həyatını itirənlərin ailə və yaxınlarının yanındadır”, – deyə bildirilib.

Qeyd edək ki, dünən Kemerovo şəhərinin "Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində 64 nəfər həlak olub/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA