Türkiyə Rusiya ilə S-400 anlaşmasını pozacaq? - TBMM-dən ilginc açıqlama

img

27-03-2018 [12:21]


Türkiyə ABŞ-dan "Patriot” hava hücumundan müdafiə sistemlərini alacağı halda, Rusiya ilə S-400 anlaşması imzalamasına baxmayaraq, məsələyə yenidən baxılacaq.

Bu sözləri TBMM Xarici İşlər komitəsinin sədri Volkan Bozqır deyib.

"ABŞ Konqresində "Rusiyadan S-400 alsanız, biz də sizə F-35 satmarıq” tipli bir fikir hakimdir. Təhdid deyil, ancaq əba altından dəyənək göstərmək psixologiyası ilə bunu edirlər. Bu həftə "Patriot”la bağlı təklif üçün ABŞ-dan ölkəmizə heyət gələcək. Bu təklif gəldiyi zaman əlbəttə ki, dəyərləndiriləcək. Biz texnologiya transferi və təklifin Konqresdən keçməsi üçün zəmanətdə israrlı olduğumuz üçün bu ana qədər "Patriot” anlaşması imzalaya bilmədik”, - Bozqır deyib/Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA