Xüsusi təyinatlılar toplantını basdı, hökumət üzvünü həbs etdi, serblər ayağa qalxdı - Kosovoda gərginlik + FOTO

img

27-03-2018 [09:07]


Kosovaya qanunsuz yollarla daxil olaraq orada toplantı keçirmək istəyən Serbiya hökumətinin üzvü həbs edilib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki,  Serbiya hökumətinin tərkibində fəaliyyət göstərən Kosova üzrə komissiyanın sədri Marko Djuriç dünən gizli yolla Kosovaya daxil olub.

Məlumata görə, o, Qərbi Mitroviç şəhərində yaşayan serblərlə toplantı keçirmək istəyib. Lakin xüsusi təyinatlıların əməliyyatı nəticəsində o və fəal serblərdən olan Zeljko Joviç tutulub: "Kosova polisinə bağlı olan xüsusi təyinatlılar onların iştirak etdiyi toplantını basaraq, hər iki şəxsi həbs edib. Bundan sonra şəhərdə yaşayan serblər ayağa qalxıb, onlar polisin əməliyyatına etiraz ediblər. Şəhərin bəzi yerlərində isə atəş səsləri eşidilib".

Məlumata görə, Kosovo hökumətinin xəbərdarlıqlarına rəğmən, ölkəyə gizli yolla daxil olan Marko Djuriç yüksək təhlükəsizlik tədbirləri ilə paytaxta gətirildikdən sonra barəsində qərar verilib: "O, müvafiq sənədləşmə işlərindən sonra ölkədən deportasiya edilib".

Hadisədən dərhal sonra Kosova prezidenti Haşim Thaçi xalqa nüraciət edərək, sakitliyə əməl etməyə çağırıb. 

Lakin bir çox ekspertlər bu hadisənin tərəflər arasındakı gərginliyi yenidən alovlandıra biləcəyini deyir.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA