Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın - 6 nəfər xəsarət alıb

img

26-03-2018 [14:29]


Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb. 

"Report"un Şirvanm bürosu xəbər verir ki, yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə ediliblər. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digə 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. 

Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir. 

Yanğının genişlənməsinin qarşısı alınıb və söndürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR