Kürd Muxtariyyətinə tətbiq edilən təyyarə uçuşu qadağası ləğv edildi - Rəsmi Ankaradan yeni qərar

img

23-03-2018 [16:59]


Türkiyə Şimali İraq Kürd Muxtariyyətinə tətbiq etdiyi təyyarə uçuşu qadağasını ləğv edib.

Mia.az  xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım açıqlama verib.

Bildirib ki, bu gündən Şimali İraqa uçuşlar üçün Türkiyənin hava sahəsi açılıb: "Bununla da Ərbilə uçuş qadağası aradan qaldırılıb”.

Xatırladaq ki, muxtar vilayətin müstəqillik referendumu keçirməsindən sonra bir çox bölgə  dövlətləri, o cümlədən Türkiyə Bərzani hökumətinin addımına cavab olaraq belə sanksiya tətbiq etmişdilər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA