17-03-2018 [23:19]
Qrup yoldaşım Rüfətlə həmişəki kimi dərsdən sonra şəhərdə gəzməyə çıxmışdıq. Əslində bu dəfəki gəzintimizin əsas səbəbi iş axtarmaq idi. Bir neçə restorana, kafeyə və bir hotelə baş çəkib iş olub-olmaması ilə maraqlandıq və sonra söhbət edə-edə yolun kənarı ilə kirayə qaldığımız evə doğru qayıtdıq.
Axşamın düşməyinə hələ xeyli vardı. Hələ şəhər camaatının işdən çıxıb, evə gedən vaxtı olmadığına görə küçələrdə seyrəklik idi. Elə buna görə də səki ilə arın-arxayın söhbət edə-edə gedirdik. Həmişə çörək aldığımız mağazaya az qalmış yerdə bir siqaret qutusu gözümə sataşdı. Ayağımla irəli vurub zarafatla dedim:
– Rüfət, siqaret istəyirdin, bu da sənə siqaret.
Amma mən zarafat etsəm də həqiqətən qutunun içi siqaretlə dolu idi, hətta ağzı açılmamışdı. Elə bu zaman arxamızca gələn kişi bizi ötüb keçdi, o da siqaret qutusuna bir təpik vurdu. Qutu sıçrayıb səkinin qırağına düşdü. Kişi bir neçə saniyə qutuya maraqla baxıb dükana girdi. Deyəsən qutunun dolu olduğunu o da başa düşmüşdü.
Kişi içəridə olduğu müddətdə biz dükanın yanında dayanıb söhbət edirdik. Bir neçə dəqiqədən sonra kişi əlində çörək dükandan çıxdı və bizə tərəf gəlməyə başladı, həm bizə həm də siqaret qutusuna maraqla və diqqətlə baxıb bizi ötüb keçdi, bir az irəlidə dayandı və geriyə dönüb sanki bizi güdürmüş kimi bizə və siqaret qutusuna baxmağa başladı. Kişinin məqsədini həmin dəqiqə başa düşdüm, kişi siqaret qutusunu götürmək istəyirdi, lakin biz orda olduğumuz üçün gəlib götürmürdü, yəqin ki utanırdı, ya da ki özünə sığışdırmırdı. Bir müddət də keçdi kişi hələ də orada var-gəl edir, tez-tez bizə və qutuya baxırdı.
Bir qədər də keçəndən sonar Rüfət getmək istədiyini bildirdi. Mən isə təkidlə onu saxlayıb bu hadisənin nə ilə qurtaracağını maraqla gözləməyə başladım. Daha bir neçə gərgin dəqiqə keçdi. Kişi də getmək istəmir, bizdən və siqaret qutusundan da gözünü çəkmirdi. Bu vəziyyətdə, demək olar, yarım saatdan çox keçmişdi. Kişi isə hələ də yerində dayanıb bizə baxırdı.
Bəli, bir qutu siqaret, əlində çörək və başqa yeməli şeylər olan kişini orada dayanmağa məcbur etmişdi. Bəlkə də o anlarda həmin kişini evdə ailəsi uşaqları gözləyirdi. Lakin o bir qutu siqaretdən asılı qalmışdı. Kişi elə gözləyir, elə maraqla və diqqətlə bizə baxırdı ki, sanki içi qiymətli şeylərlə dolu olan bir çanta görmüş və onu götürmək üçün fürsət axtarırdı.
Elə bu vaxt yolun əks tərəfindən düz bizə tərəf iki kişinin gəldiyini gördüm. Onlar bizim yanımıza çatıb nəsə axtarmağa başladılar. Kişilərdən biri siqaret qutusunu gördü və əyilib götürərək digərinə:
– Sənə dedimmi buralarda düşüb? – deyə gülümsəyərək siqaret qutusunu götürdü, ora-burasını silib cibinə qoya-qoya uzaqlaşmağa başladı.
Yoldaşı da zarafatından qalmadı:
– Halal mal özgəyə qismət olmaz, – deyə ona qoşulub bizdən aralandı.
– Siqaretin də halalı-haramı olur? – deyə mən üzümü Rüfətə tutub gül-gülə soruşdum. Amma bir gözüm bayaqkı kişidə idi.
O, isə elə bil acıqla bir az bizə, bir az da gedən kişilərə baxıb məyus halda geri dönüb getməyə başladı. Sanki böyük bir sərvət əlindən çıxmışdı.
Biz də onun dalınca yola düzəldik. Bir az sonra mən də Rüfətdən ayrılıb kirayə qaldığım mənzilə doğru getməyə başladım. Gedə-gedə beynimdə belə bir fikir dolaşırdı: gör biz nələrdən asılıyıq, nələr bizi özündən asılı hala salır, həyatda bizi yaşamağa qoymayan, bizi ləngidən nə qədər lazımsız asılılıqlar var! Adicə bir siqaret qutusu evinə çörək aparan insanı ləngitdi, bəlkə də onun daha vacib işləri var idi. Amma o adam işini gücünü ataraq zərərli vərdişindən asılı qalmışdı və bu mənim gözlərimin qarşısında baş verirdi...
Mia.az
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib