Putinin ətrafındakı bütün milyonçulara sanksiya həmləsi - Britaniyadan daha bir kəskin qərar

img

15-03-2018 [16:43]


Böyük Britaniya keçmiş QRU polkovniki Sergey Skripalın Rusiya mənşəli kimyəvi silahla zəhərlənməsinə cavab olaraq bu ölkəyə qarşı sanksiya hazırlayır.

Bunu xarici işlər naziri Boris Conson BBC telekanalında açıqlayıb.

Conson deyib ki, sanksiyalar Rusiya prezidenti Vladimir Putinin korrupsiyaya bulaşmış yaxınlarını da əhatə edəcək.

Birləşmiş Krallığın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, hazırda cinayətkarlıqla mübarizə üzrə Milli Agentlik "qara siyahı"nın potensial fiqurantlarının böyük siyahısını hazırlayır. O, qeyd edib ki, söhbət Putinin sayəsində varlananlardan və öz vəziyyətinə görə Kreml rəhbərinə borclu olanlardan gedir: "Bu adamların hamısı Britaniya polisinin xüsusi diqqəti altında olacaq".

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey elan edib ki, ölkə ərazisində Rusiyaya aid dövlət aktivlərinə də həbs qoyula bilər.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA