“Afrinin mühasirəsi çox daralıb, bölgənin 70 faizində təhlükəsizlik təmin edilib” - Ərdoğanın sözçüsü

img

15-03-2018 [13:17]


"Afrinin 70 faizində təhlükəsizlik tamamilə təmin edilib”.

Bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın martın 15-də keçirdiyi mətbuat konfransında bildirib.

"Afrini yeni bir Kandilə çevirmək istəyirdilər. "Zeytun budağı” əməliyyatı ilə bu ideya alt-üst edildi. Terrorçuların mühasirə dairəsi çox daralıb. Yaxın zamanda Afrinin mərkəzinin terrorçulardan tamamilə təmizlənməsi gözlənilir”, - o, vurğulayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA