Yevlaxda 19 şagirdin düşdüyü yol qəzası ilə bağlı rəsmi - AÇIQLAMA

img

11-03-2018 [15:03]


Xəbər verdiyimiz kimi, Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 20 nəfər xəsarət alıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mİngəçevir şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR