Türk ordusu daha iki kəndi azad etdi - Ordu Afrinin mərkəzinin 4 km-liyinədə

img

09-03-2018 [13:51]


 Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin mərkəzinin 4 km-liyinədək yaxınlaşıb.

"Report” "Haberturk”ə istinadən xəbər verir ki, rayon mərkəzinə bağlı Şavarighat El Caviz və Melkiye kəndləri terrorçulardan təmizlənib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 49 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3149 terrorçusu məhv edilib. Əməliyyatın 49-cu günündə 49 terrorçu zərərsizləşdirilib.

Afrində 5 bələdiyyə mərkəzi, 124 kənd, 30 strateji mövqe olmaqla 159 bölgə terrorçulardan təmizlənərək nəzarətə götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA