Partiya sədri qadınları təbrik edib

img

08-03-2018 [14:36]


MMP sədri Hafiz Hacıyev 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə qadınları təbrik edib.

Təbrikdə deyilir:

"Əziz xanımlar! Sizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Bütün qadınlar kimi, ictimai-siyasi sahədə fəalıq edən ana və bacılarımız göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.

Bayramınızı bir daha təbrik edirəm, əziz xanımlar!".

Digər xəbərlər
SON XƏBƏRLƏR