Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq - ABŞ Kəşfiyyat İdarəsindən xəbərdarlıq

img

07-03-2018 [22:02]


Rusiya və Çin təsir qüvvələrini genişləndirməyə, siyasi və iqtisadi üsullarla ABŞ-ın dünyadakı təsirini zəiflətməyə davam edəcək.

Bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutsun martın 6-da ABŞ Senatına təqdim etdiyi dünyada ABŞ üçün təhdidlər barədə olan hesabatında deyilir.

"Rusiya və Çin ABŞ üçün uzunmüddətli perspektivdə qlobal təhdid rolunu oynayacaq. ABŞ-ın digər rəqibləri isə Birləşmiş Ştatların uzunmüddətli regional maraqlarına təhdid olacaqlar", - hesabatda vurğulanır.

Eyni zamanda Rusiya, Çin, İran və KXDR-in bütün il boyunca ABŞ üçün əsas kiber təhdidlər olacağı göstərilib.

Bundan əlavə hesabatda qeyd olunur ki, Dağlıq Qarabağ ətrafındakı gərginlik 2018-ci ildə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.

"Dağlıq Qarabağ regionu ətrafındakı gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə və Rusiyanın regional müttəfiqini dəstəkləməsinə gətirib çıxara bilər. Tərəflərdən heç birinin güzəştə getmək istəməməsi, tərəflərə artan təzyiqlər, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi riskini yaradır", - D.Koutsun hesabatında deyilir.
report



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA