Rusiyanın qəzaya düşən təyyarəsində 39 hərbçi olub: "Təyyarəyə hər hansı nöqtədən atəş açılmayıb"

img

06-03-2018 [21:45]


AN-26 təyyarəsinin Hmeymim aviabazasına enişi zamanı qəzaya uğraması nəticəsində ölən 39 nəfərdən hamısı hərbçilərdir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıqdır. Təyyarəyə hər hansı nöqtədən atəş açılmayıb. Ölən əsgərlərin ailələrinə hər cür yardım ediləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə saat əvvəl Rusiyaya məxsus An-26 təyyarəsinin Hmeymimə eniş zamanı qəzaya uğrayıb.

İlkin məlumatda 32 nəfərin öldüyü bildirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA