Azərbaycanda ana və iki körpə dəm qazından boğuldu - Uşaqlar öldülər, ana isə + Foto

img

06-03-2018 [20:47]


Azərbaycanda dəm qazı daha iki uşağın ölümünə səbəb olub.

Azyaşlı uşaqlar - Dinarə Qüdrətova və Binyamin Qüdrətov qazdan boğularaq vəfat ediblər. Hadisə Bakı şəhərində baş verib.

Məlumata görə, evə gələn ata İmran Qüdrətov həyat yoldaşı ilə uşaqlarını halsız vəziyyətdə aşkarlayıb. Onlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar. Ana hazırda xəstəxanadadır.

Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından dünyasını dəyişib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.

"Qafqazinfo”


Digər xəbərlər
SON XƏBƏRLƏR