Bakıda kütləvi dava baş verib - Ölən və yaralanan var

img

04-03-2018 [11:00]


Bakının Nizami rayonunda kütləvi dava baş verib.

Dava Qara Qarayev prospekti, 62 ünvanında yerləşən 34 saylı mənzilin qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında qeydə alınıb.

Hadisə zamanı Y.Məmmədova 3 bıçaq zərbəsi vurulub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.



Digər xəbərlər
SON XƏBƏRLƏR