"Tillerson dedi ki, PYD-ni çıxaraq, sonra oranın yarısı siz də, yarısı biz də olsun" - Ərdoğan gizli planı açdı

img

03-03-2018 [12:51]


Türkiyə prezidenti Ərdoğan Afrika səfəri çərçivəsində Seneqalda jurnalistlərə ABş-ın dəstəklədiyi PYD terrorçularının nəzarətində olan Menbiçlə bağlı Tillersonla qapalı görüşü haqda sensasion məlumat verib.

Mia.az xəbər verir ki, Ərdoğan əvəlcə dünın Afrində şəhid olan 8 türk əsgərinin şəhid olduğu əməliyatla bağlı danışıb.

O bildirib ki, şəhid xəbərini alan kimi Baş qərargah rəisi Hulusi Akarla təmasa keçib: "Çox təəssüf ki, 8 şəhidimiz və yaralılarımız var. Azad Suriya Ordusunun da 2 üzvü şəhid olub. Yaralılar da var ama, hayati tehlikesi olduklarına ilişkin bir bilgi gelmedi. Əməliyyat  zamanı həmin terrorçular texnikaları ilə birlikdə məhv edilib. Orada əməliyyatı qərarlı şəkildə davam etdirəcəyik. Terrorçuları etdiklərinə görə artıqlaması ilə cəzalandırıb, bədəlini ödətdirəcəyik".

Bundan sonra ABŞ-ın dəstək verdiyi PYD/YPG-nin nəzarətində olan Menbiçlə bağlı açıqlama verən Ərdoğan deyib ki, Amerika Obamadan ta bu yana Menbişdə qalmayacaqlarını, tezliklə orada terrorçuları geri çəkəcəklərini dəfələrlə bəyan edib:

"Ancaq bu YPG terroristlərini çıxarmadılar. Hazırda Tramp və komandası da eyni vədlər verir. Amma sözlər hələ də reallığa çevrilməyib. Tillerson Türkiyəyə gəldikdə bizə dedi ki "Çıxaraq onları. Bundan sonra Menbiçin yarısı Sizdə, yarısı biz də olsun". Mən də dedim ki, "çıxaraq onları. Və Menbiçin yarısı nə siz də, nə də biz də olsun. Menbiç oranın gerçək camaatının olmalıdır". 

Bildiyiniz kimi, Menbişin əhalisinin çoxu ərəblərdir. Onların qovulduqları evlərinə geri dönmələri təmin edilməli və  bütün şəhərin təhlükəsizliyi bundan sonra birlikdə təmin edilməlidir. Biz bunu nəzərdə tuturuq. ABŞ da bunu bilir və  hər dəfə söz verir, lakin ortada əməl yoxdur".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA