Vaşinqton Rusiyanı təhdid etdi: "ABŞ və müttəfiqləri Moskvanın əngəl törədə bilməyəcəyi tədbirlərə əl atacaq”

img

27-02-2018 [18:43]


ABŞ BMT Təhlükəsizlik Şurasında İranla bağlı layihəyə veto qoyan Rusiyanı təhdid edib.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb: "Rusiya İranın əməllərini gizlətməkdə davam edərsə, ABŞ və müttəfiqləri Moskvanın əngəl törədə bilməyəcəyi tədbirlərə əl atacaq”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İngiltərənin hazırladığı və ABŞ-ın dəstək verdiyi layihədə Yəməndə husilərə raket və silah satışı qadağasını pozmaqda ittiham olunan İranın qınanması tələb edilib.

Layihəyə Rusiya veto qoyub. Çin və Qazaxıstan isə səsvermə hüququndan istifadə etməyib/Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA