Yeni agentliyin icraçı direktoru vəzifəsinə təyin edilən Orxan Məmmədov kimdir? - FOTO

img

01-03-2018 [14:23]


İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin olunub.

İqtisadiyyat naziri Şahin Mustafayevin əmrinə əsasən bu vəzifəyə Orxan Məmmədov təyin olunub.

Qeyd edək ki, Orxan Məmmədov 1984 cü il iyul ayının 1 də Bakıda anadan olub. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2012-ci ildə Azərbaycan İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib. Orxan Məmmədov əmək fəaliyyətinə 2006-cı ildən Sənaye və Energetika Nazilriyində başlayıb. 2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat nazirliyində müxtəlif vəzifələrdə çalışıb, məsləhətçidən şöbə müdiri vəzifəsinə yüksəlib.

Onu da xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə yaradılıb.

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR