Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb

img

16-05-2025 [18:02]


Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.

Bu barədə "Report"a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb.

Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub.

Müsbət rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dən çox müraciətə baxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi