Rusiya səfiri XİN-ə çağırıldı - Böyük Britaniya hərəkətə keçdi

img

26-02-2018 [23:57]


Rusiyanın Böyük Britaniyadakı səfiri Aleksandr Yakovenko Xarici İşlər Nazirliyinə çağırılıb.

"RİA.ru" xəbər verir ki, xarici işlər naziri Boris Conson Suriyada atəşkəsin elan olunması ilə bağlı rus səfiri nazirliyə dəvət edib.

BMT Təhlükəsizlik Şurasının 2401 saylı qətnaməsi səfirə təqdim olunub. Səfir öz növbəsində ölkəsinin Şərqi Qutada yaşayan mülki şəxslərə dəhliz açdığını nazirin diqqətinə çatdırıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası fevralın 24-də Suriyada, xüsusilə də, Şərqi Qutada yaşayan insanlara gərəkən yardımların edilməsi üçün 30 günlük atəşkəsin elan edilməsi barədə qərar qəbul edib/Teleqraf.com 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA