Birinci mərhələ başa çatdı: Türkiyə ordusu Afrin ətrafında aypara şəklində xətt formalaşdırıblar

img

25-02-2018 [17:31]


Türkiyə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" anti-terror əməliyyatının birinci mərhələsini başa çatdırıb.

Bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin Hatay və Kiliz rayonlarından ərəb respublikası ərazisinə daxil olan hərbçilər Afrin ətrafında birləşərək aypara şəklində xətt formalaşdırıblar.

Türkiyə yanvarın 20-də Suriyanın şimalında kürd terrorçularına qarşı "Zeytun budağı" əməliyyatlarına başlayıb. Bu günə qədər əməliyyat çərçivəsində 2021 terrorçu məhv edilib/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA