Dəniz Vağzalında “Kalaşnikov”lu şəxs saxlanıldı - Bakıda + FOTOLAR

img

26-02-2018 [12:02]


Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. 

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb:

"Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman "AKM” markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR