20-02-2018 [15:18]
Zahid ORUC,
Millət vəkili
***
Rusiyada kimsə seçkilərdə "Tramp effekti” gözləmir. Əlbəttə, heç Birləşmiş Ştatlarda da seçkilərin taleyini Kremlin casusları həll etmirdi. Sadəcə, Obamanın idarəçilyindən bezən ağ amerikalılar özlərini kəskin diksriminasiyada hiss etməyə başladılar və üsyana qalxdılar. Onsuz da irqi ayrı-seçkilik problemi okeanın o tayında əbədi mövzudur. Lakin hər halda Ağ Evin qara simasını bundan artıq həzm etmək mümkün olmadı və xalq inqilabı milyarderi hakimiyyətə gətirdi.
Siyasətdən kənar bir adam nüvə silahına çevrilib, Silikon vadisində uzun onilər boyu qərarlaşmış sistemi lərzəyə gətirdi. Uol-stritin zənginlərinin Oval kabinetdən əlləri çıxmasın deyə, artıq ikinci ildir ki, demokratlar, respublikaçılar, həmkarlar və yüzlərlə əmək təşkilatı yeni dövlət başçısının mühasirəsini davam etdirirlər.
Qayıdaq Rusiya seçkilərinin "ildırımötürəni” funksiyasını öz üzərinə götürən "qırmızı direktor” Pavel Qrudininə. Adam yaşının 6-cı onilliyini bütün çarların, katiblərin və prezidentlərin hökmdarlıq etdiyi Moskvanın bir addımlığında keçirib. Özü də bolşeviklər partiyası iflasa uğrayanda Lenin adına kolxozu nəinki ideoloji, eləcə də iqtisadi-təsərrüfat qalası kimi qoruyub saxlayıb və kapitalizm dünyasında əsl icma cənnəti formalaşdırıb.
Bu yerdə Batkanın uğurlu kolxoz modelini necə ustalıqla bir dövlətə tətbiq etdiyini vurğulamaq yerinə düşər. Hər halda qədim slavyan ruhunun bütün çar və knyazları torpaq şumunda becərdiyni unutmaq olmaz.
Ancaq xoşbəxt kəndliləri vahid bir çətir altında birləşdirməyə nail olan səhmdar cəmiyyətin diribaş sədri bütün reyder hücumlarına sinə gərərək, qətiyyən proletariatın kasıb və nimdaş simasına bənzəmədiyini dəfələrlə sübuta yetirə bilib. Kişi xarakteri və öz qalasını qoruyan sərkərdə obrazı üçün bunlar çox önəmlidir.1995-ci ildə bütün İttifaq miqyasında sovet əmlakı yağmalananda istedadlı bir aqrar mühəndis torpaq üzərində özünün nəhəng piramidasını qurub.
Yüzlərlə adama ev verəsən, müalicəsini öz üzərinə götürəsən, pulsuz uşaq bağçası və məktəblər yaradasan… - beləsinin siyasətə atılan zaman "uğur hekayəsi”ni ən zəif siyasi texnoloqlar da qurmaqda çətinlik çəkməzlər.
Kommunistlərin solğun və öləziyən baxışlarla ənənəvi namizədləri üzərindən növbəti seçkilərə qatılmaq qərarı verilərkən "çiyələk kolları” arasında doğulan parlaq bir sima Rusiya ictimai-siyasi məkanında əsl canlanma yaratdı. Hamı görür ki, aydın, səlis və dəqiq hədəfləri olan bir şəxs bütün partiyalar və ənənəvi politoloqlar fabrikindən kənarda meydana çıxıb və ölkənin gələcək perspektivinə dəqiq mesajları ilə təkcə sadə vətəndaşların deyil, eləcə də dövlət elitasının rəğbətini qazanır.
Kreml texnoloqlarının bütün resursları Qrudinin əleyhinə işləməsə də, rəsmi kanallarda qaralama kampaniyasına artıq start verilib. Kiselyovun Rossiya-1 artilleriyası Lenin kolxozuna gələn sovet müffəttişləri kimi hər şeyi didik-didik edir. Başadüşülən haldır. Məgər Qərb seçkiləri belə deyil?
Beynəlxalq Valyuta Fondunun keçmiş sədri Stros Kanı bir dağlı qızı ilə ləkələyib, Sarkozinin prezidentliyə gedən yolunu açmadılarmı? Yaxud, elə son seçkilərdə Yeliseyin sirli dəhlizlərində Fransua Fiyonu 2 ayın içərisində siyasi linçə məruz qoyub, rotşildlərin Makronunu meydana çıxarmadılarmı? Əsl çamaşır landromatları Qərbin baş binalarında qurulub və onu işlədən adamlar da dünyaya təmizlik, məsumluq dərsi keçirlər.
Qrudinin ənənəvi sol baxışı Rusiya cəmiyyətində kəskin siyasi kurs dəyişikliyinə səbəb olası deyil. Lakin partiya bolluğundan əziyyət çəkən bir ölkədə fərqli nümunələr sözsüz ki, xalqı hakimiyyət həyatına qaytarmaq baxımından çox effektlidir.
Bəs siz, Azərbaycan səmasına daxil olan belə siyasətçi nümunəsi tanıyırsızınızmı? Məsələn, son 25 ildə Qrudinin torpaq şumlayanda Əli, İsa və digər isimlərlə qərarlaşmış anti-hakimiyyət kazarması minlərlə bəyanatı çap dəzgahlarının ağzından qapıb tirajlayırdılar. Axı, faydalı iş əmsalı müasir demokratiyanın ölçü vahidi deyil, ona görə…
Qrudinin gedib traktor sükanına əyləşəndə, bizim müxalif qüvvələr Qərb etiketli arabalarına oturub səfirliklərin dəhlizlərində ucuz kreditlər, bahalı öhdəliklərə can atırdılar. Nədənsə, təhtəlşüurlarındakı hakimiyyəti kənardan gözləmək mərəzi onları heç vaxt tərk eləmir.
Qrudinin çiyələk yeşiklərini komplektləşdirəndə bizim barrikadaçılar və siyasi romantiklər bütün kəndi məhv etdiyinə görə hakimiyyəti qınamaqda davam edirdilər.
Nəhayət, real bir qüvvə kimi xalqın içərisindən, zəhmətdən və halal əməkdən yoğrulub, Rusiya taxt-tacına iddiasını ortaya qoyanda, hamı "Müqəddəs Pavel”i qarşısında görüb onu xalqın adamı sayanda bizim müxalif camiyəmiz növbəti pambıq beşilliklərini lənətləmək üçün ümummilli seçki kampaniyasından da özünü kənar saxladığını elan edir.
İndi sizcə, bir dəfə də olsun gedib ağac əkməyən, suvarma ilə məşğul olmayan, ayağı parketlərə öyrəşmiş taliban təfəkkürlü bir qüvvə ilə siz Qrudinini bir tutardınızmı?
Torpaqdan kənarda formalaşan müxalifətin xalqa heç bir bağlılığı yoxdur!
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib