16-02-2018 [08:33]
Qoç - Haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.
Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.
Buğa - Həmkarlar və işgüzar tərəfdaşlarla tmaslarda kiçik narahatlıqlar yarana bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla əlaqələrin üstünlüklərini anlayacaqsınız. Yeni tanışların nöqsanlarını, çatışmayan cəhətlərini görməyi bacarın.
Münasibətləri davam etdirməyə layiq adamı seçin.
Günün ikinci yarısında bəzi adamlardan uzaq durmaq gərəkdir. Ailə həyatında da gərginlik hiss olunacaq. Özünüzlə bağlı dedi-qodu, şayiə eşidəcəksiniz.
Axşam saatları pəhrizə və ya müalicəyə başlamaq üçün münasibdir. Zərərli vərdişlərinizlə mübarizə aparın.
Əkizlər - Yaxın ətrafınızdakı bəzi adamlardan asılı olduğunuzu hiss etmək sizdə emosional problemlər yarada bilər. Kiminləsə mübahisə etməzdən, nəyisə tənqid etməzdən əvvəl deyəcəyiniz sözləri düşünün. İşdə rəhbərliyin qarşısında şərt qoymayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşın təklifini qəbul edin. Ailədə xoş ab-havanı qoruyun. Əhvalınız əməllərinizi müəyyənləşdirəcək.
Axşam saatlarında çox yeməyin.
Xərçəng - Bütün vaxtınızı yarımçıq işlərin tamamlanmasına həsr etsəniz, ümdə məqamı nəzərdən qaçıra bilərsiniz. Yeni layihəyə başlamaq ağırdır. İşdə həmkarlar və ya rəhbərliklə mübahisə etməyin. Tərəfdaşla aqressiv davranmayın. Şərikin təkliflərindən faydalanmaq olar.
Günün ikinci yarısında yaxınlarla ünsiyyət yadlarla təmaslardan daha ağır olacaq. Axşam saatları dostlarla birlikdə istirahət üçün yaxşıdır.
Sirrinizi faş etməyin, mövqelərinizi zəiflətməyin.
Şir - İctimai məqamları ön plana çıxarmayın. Sizi çoxdan bəri narahat edən məsələnin həllini tapmaq üçün maksimum səy göstərin. Ətrafınızdakı insanlardan fərqli olaraq qarşınıza konkret məqsəd qoyun. İllüziyalara qapılmayın, realist olun.
Günün ikinci yarısı romantika zamanı deyil. Arzularla xəyallar gerçəyi üstələməsin. Hiperaktivlik etməyin. Ailə üzvlərinin istəklərini anlamağa can atın. Dəyər verdiyiniz insanın məsləhətindən faydalana bilərsiniz.
Mühüm xəbəri qulaqardına vurmayın.
Qız - Hansısa intriqanın mərkəzində ola bilərsiniz. Dedi-qodu və şayiə yayanlara uymayın, onlara inanmayın. Boş söhbətlərdə iştirak etməyin. Bilavasitə işinizlə bağlı məlumatları əldə etmək üçün bütün sədləri aşmağa cəhd göstərin. Məqsədə aparan yolda irəliləmək üçün inadkar olun.
Günün ikinci yarısında yaxınlarınız və dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Peşəkar fəaliyyətinizdə yaranmış müvəqqəti çətinliyi ailə üzvləri ilə müzakirə etməyin. Belə sözlər yalnız onların əhvalını korlaya bilər.
Axşam saatlarını çoxdan tanıdığınız insanlarla keçirin.
Tərəzi - Enerjili və fəal olsanız, çətinlikləri dəf edəcəksiniz. Adi günlərdən fərqli olaraq problemlərin sayı artacaq. Görüləsi işlər çoxdur. Əsla tələskənliyə yol verməyin. Təhsil alanlar üçün əla gündür. Əldə etdiyiniz biliklər karınıza gələcək.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kobud danışmayın, onun nazını çəkin. Haqsız iradları təmkinlə dinləyin. Ailə üzvlərinin istəklərinin, heç olmasa, bir qismini yerinə yetirin.
Yolda sayıq olun. Sükan arxasında diqqətli davranın.
Əqrəb - Maliyyə durumunuzu yaxşılaşdırmağa çalışın. Gəlirləri artırın, süst davranmayın. Əlavə gəlir mənbələri əldə etmək istəyirsinizsə, situasiyanı yaxşıca təhlil edin. Problemlərin orijinal həll yollarını tapa bilərsiniz.
Günün ikinci yarısında yeni biliklər və məlumatların əldə olunması prioritet məsələdir. Sınaqdan uğurla çıxacaqsınız. Yaxınlarınızla çək-çevir etməyin. Ailə üzvlərinizə təzyiq etməklə onları haqlı olduğunuza inandıra bilməyəcəksiniz.
Axşam saatlarında rasionunuza fikir verin.
Oxatan - Təcili cavabı tələb olunan suallar eşidəcəksiniz. Belə suallardan yaxa qurtarmaq mümkün deyil. Karyeranız və maddi durumunuz cavablardan asılıdır. Yeni layihəyə başlamaq üçün yaxşı zamandır. Yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaqlar.
Günün ikinci yarısında dostlarla birgə fəaliyyət effektiv olacaq. Yaxınlarınızla münasibətlərdə təşəxxüslü, eqoist olmayın. Məqsədə çatmaq üçün alternativ yollardan və metodlardan istifadə edin.
Qətiyyətli olun.
Oğlaq - Günün ilk yarısı maliyyə məsələlərinin həlli və alış-veriş üçün əlverişli deyil. Qiymətlərə dəqiq bələd deyilsiniz. Situasiyanı adekvat dəyərləndirməməyinizin nəticəsi böyük xərclərə və ya itkilərə səbəb ola bilər. Səfər də yaxşı alınmayacaq. Amma yola çıxmaq qaçılmazdırsa, gecikməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kəskin mübahisə etməyin. Bunun sonucu münaqişə ola bilər. Fikirlərinizi aqressiv şəkildə izhar etməyin. Yaxınlarınızın dediklərinə qulaq asın, sonra danışın.
Dolça - Maraqlı diskussiyalara qatılanda mövqelərinizdən geri çəkilməyin. Kommunikasiya imkanlarınızı genişləndirməyə çalışın. Haqlısınızsa, fikrinizi qarşı tərəfə diplomatikcəsinə çatdırın. Yaxın ətrafınızdakı insanlar sizi dinləyəcəklər. Onlar sözlərinizə normal reaksiya verəcəklər.
Günün ikinci yarısında yaxınlarınız və dəyər verdiyiniz insanlarla qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Yaşamın bəzi ünsürləri fikir ayrılığı yaradacaq. Ailə üzvləri ilə mübahisə etməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Günün ilk yarısından etibarən ifrat aktiv olmayın. Yarımçıq işləri tamamlayın, başladığınız layihələri sona çatdırmağa çalışın. Yeniliklər var qüvvənin israfını tələb edir. Üstəlik, kollektiv fəaliyyətin iştirakçıları arasında qərarların uyğunlaşdırılmaması ola bilər.
Günün ikinci yarısında tələskənlik istisna deyil. Xaotik davranışlar sizi usandıra bilər. Ailə üzvləri ilə təmaslarda mümkün qədər ehtiyatlı olun. Dedikləriniz yanlış anlaşıla bilər. Axşam saatlarını rahat, normal ortamda keçirmək məsləhətdir.
Gəzintiyə çıxın.
milli.az
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyev: "COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər"
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq - Xəbərdarlıq
Bakıda 28 yaşlı qadını boğublar
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
"Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib
Buraxılış imtahanı: bir şagird və nəzarətçi zaldan qovuldu
Bu gün rezidenturaya imtahan keçirilib
Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı keçiirlib - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib