31-01-2018 [18:02]
Samir Feyruzov
***
Bir nəfərə məsləhət görmüşdüm ki, Teodor Drayzerin "Kerri bacı” romanını oxusun. Oxudu… Üç gün sonra mənə ünvanladığı məktubdan dəhşətə gəldim. Bəlkə də eyni taleyi yaşamışdılar, sadəcə adlar dəyişmişdi: "Bir vaxtlar Kerriyə görə bütün var-dövlətindən vaz keçən Hertsvud küçələrə düşür, dilənçi vəziyyətində yaşayır və sonda da ölür. Kerri isə Hertsvudun ehtiyac içində olduğu vaxtda onu görür və kömək etmir. Sadəcə kədərlənib keçir...”. Fərq onda idi ki, Kerri yeni mühitdə yaşayıb inkişaf etmək üçün Çikaqoya üç tutur, mənim dostum isə Bakıya… Bakı Çikaqodan, Hon-Konqdan, Kabildən də təhlükəli imiş. Hər şey əldə etdi, heç vaxt xoşbəxt olmağı bacarmadı.
Darvinin dediyi meymun, bizim güvəndiyimiz insan…
Heç bir uğursuzluq təcrübəsizliyə söykənmir, amma böyük uğurların kökündə səhvlərdən, uğursuzluqlardan yaranmış təcrübə dayanır. "Bəçeş..”. Meymunun qabağına iri bir şaftalı atırlar. Şaftalını yeyir, ifraz etmək vaxtı çatanda meymunun səsi aləmi götürür. Sancıdan bir təhər olur. İri şaftalının tumunu meymun ifraz edə bilmir ki, bilmir. Çox gücəndikdən sonra tum bir təhər meymunun dalından çıxır. Meymun qanın içində yerə uzanır. Üstündən xeyli müddət keçəndən sonra yenə də iri bir şaftalını atırlar meymunun qabağına. Meymun tez şaftalını götürüb tumunu çıxarır, sonra da həmin tumu tez-tez dalına soxub-çıxarır ki, görüm yeyəndən sonra bu tum çıxacaq, yoxsa yox… Fərqinə varmırıq, hər gün şaftalı yeyib tumunu da zorla, cırıla-cırıla dalımızdan çıxarmaq məcburiyyətindəyik. Könüllü, ya könülsüz.., fərqi yoxdur, əsas odur ki, bunu biz edirik: alnı maili olmayan, beyni meymun beynindən böyük, əlləri dizlərinə çatmayan, alt çənəsi qabağa doğru uzanmayan, əti çiy halda yeməyən, çörəyi sivri daşla yox, başqa yollarla qazanan və boyu 2 metrdən artıq olmayan insan… Mənəvi zorlanmanı fizki zorlanmadan üstün tutan insan! Bizim cəmiyyətdə mənəviyyatın pərdəsi daha qalın, elastik imiş, cırıldıqca bərpa olunur. Darvin Kembric Universitetində İlahiyyat fakultəsini də oxumuşdu, "Allahu əkbər” sədaları altında onu söyməyin, lənət oxumağın da tumu dalımızdadır. Anlamırıq. Arzu öz nəql edir, vatsapla göndərib: "Ali məktəbə qəbul ola bilmədim, gördüm ki, kənddə məni ərə verəcəklər, mən də tez paltarlarımı yığışdırıb qaçdım Bakıya, rəfiqəmgilə… Mağazada satıcı işlədim, bir imkanlı oğlanla tanış oldum. Vətəndaş nigahında yaşadıq. 3 ay sonra məni dostu zorladı, sonra yenidən kəndə qayıdıb ata-anamın üz-gözündən öpdüm. Başa düşürdüm ki, təkcə mən yox, ailəm də zorlanmışdı. Yenidən Bakıya qayıtdım, hamamda işlədim, daha sonra aptekdə yük daşıdım. Sonra "Şamaxninka”da kafelərin birində daş karxanasında səhərdən axşama qədər daş atıb 10 manat pul qazanan rayon uşaqları üçün mahnılar oxumağa başladım. Aldandıqca mən də aldatmağa başladım. Qısası, ora necə düşdüyüm bilmirəm, amma gözümü açanda gördüm ki, artıq Mərkəzi Univermağın arxasında yerləşən, "Massaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasında hər gün 15-20 müştəri qəbul edirəm. 6 ay işlədim. Qarşıma yaxşı bir insan çıxdı və indi saytlardan birində baş redaktoram, özü də maliyyələşən saytdır... 10-15 əməkdaşım da var…”. Maşallah, təltifləri, mükafatları da öz yerində… Mənəviyyatı deşik-deşik olmuş bu "xanım”da heç bir günah yoxdur. Alqışlanası haldır: əvvəl elə bilirdik ki, bir qadın üçün mübarizənin son həddi əxlaqsızlıq yuvasında bitir, sən demə, belələri üçün də mətbuatda işləyib redaktor, müxbir olmaq son şans, parlaq bir ümid imiş. Daha betərləri var. Buna da "bəçeş..”.
Yatan Bayram Səfərov deyil, bizlərik, o oyaqdır..
Prezidentin son müşavirəsində digər məmurlar kimi Şuşanın icra başçısı Bayram Səfərov da iştirak edirdi. Kişi yatmışdı.., dilim qurusun, bağışlayın, özü deyir ki, hə, tutaq ki mürgüləmişəm, nə olsun? Heç nə olmasın, ay Bayram müəllim, sənə canım qurban, narahat olma, nə olasıdır ki..!? Məni təəccübləndirən o boyda zalda təkcə sənin diqqət çəkməyindir, azacıq da olsa arıqlamaq lazımdır. Əslində müşavirəni Prezident keçirirdi və sənin gözünə bir gün əvvəldən yuxu getməməli idi. Nədir səndəki bu əminlik?Canı sağ olmuş meyxanaçı Aydın Xırdalanlı sənin başçılıq etdiyin rayon- Şuşa haqqında deyirdi də: "Sabah olacaq Şuşada istilik on beş dərəcə, Arsız-arsız havası haqda da elan veririk...”. Əsas odur ki, "Şuşa”, "Laçın” adlı restoranlar açırıq, orada qiymətlər də ceyran belində uçur. Birinə getməyə qeyrətimiz, birini də getməyə pulumuz çatmır. Yəqin bir gün hansısa çatacaq... Bağışla, Bayram müəllim, incimə, sənə bir söz də deyim: mən nə qədər fransız olmağı bacarıramsa, sən də bir o qədər şuşalı olmağı bacarırsan. Cəhənnəm olsun, heç olmasa, mən mən fransız dilində bir-iki söz bilirəm. Di, nuş can, vur bədənə getsin... Bizimki bura qədərdir.
Anamı zooparka aparmışdım...
Ağır xəstədir, yəqin ki sağalacaq anam. Bəlkə də... Könlümdən keçdi.., ömür boyu kənddə eşşəkdən, Bakıda pişikdən-itdən başqa heç nə görməyib. Apardım zooparka. Meymunlar, ilanlar, şir-pələng bir tərəfə.., ayda dövlətdən 170 manat oğurlayıb yeyən (zooparkda həmin xüsusi cins eşşəyə ayda dövlətdən 170 manat pul ayrılır) eşşək gözünü çəkmirdi bizdən, özünüü o qədər qürurlu, mətin, lovğa aparırdı ki... Anamın ayda dövlətdən 65 manat pensiya aldığını hiss etmişdi, sanki... Arvadın üzünə necə mat-mat baxırdısa... Əminəm, hörmətli Bayram müəllim zooparka getsə idi, vallah, həmin eşşək heç üzünə də baxmazdı, onunkü canavardı, şir-pələngdi. Eşşəkdən də utandıq. Bəlkə də yeganə dövrdü ki, heyvan olmaq istədim. Qısası, eşşək hər gün yediyindən azacıq çox yesə, aylıq pulu mənim maaşımı ötəcək. Çox qalmadın, qaçdım...
(ARDI VAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə