Makronun "Afrin əməliyyatı işğaldır" bəyanatına Yıldırmdan cavab: "Fransanın baxışı axsaqdır..."

img

31-01-2018 [15:44]


Bu gün Türkiyəyə gələn Livanın baş naziri Saad Hariri ilə görüşən baş nazir Binəli Yıldırım maraqlı açıqlamalar verib.

Mia.az xəbər verir ki, o, Livanla iqtisadi əlaqələrin daha da gücləndiriləcəyini deyib. Bildirib ki, Türkiyə və Livan arasında sağlam və çox yaxın ikili münasibətlər var: "Bu əlaqələrimizi daha da irəliyə daşıyacağıq. Düzdür, son bir-iki ildə aramızdakı ticarət həcmində geriləmə var. Bunun səbəbi də bölgədəki böhran və Suriyadakə vəziyyətdir".

Binəli Yıldırım deyib ki, Suriyadakı vəziyyətdən ən çox əziyyət çəkən ölkə Türkiyə, Livan və İordaniyadır: "6 ildir milyonlarla qaçqına hər cür dəstəyi veririk. Ancaq bu məsələdə beynəlxalq toplumdan yardım görmədik. Bu və digər məsələlərlə bağlı cənab Həriri ilə fikir mübadiləsi apardıq. Ona "Zeytun budağı" əməliyyatı haqda məlumat verdim. Bir daha deyirəm, Türkiyənin hədəfi Suriyanın bütövlüyü və xalqı deyil. Hədəf ölkəmizə atılan raket hücumlarına son qoymaq, vətəndaşlarımızın can və mal varlığına olan təhlükəni aradan qaldırmaq, o cümlədən Afrinə yerləşən terror qrupunu oradan çıxarmaqdır".

Yıldırım Fransa Prezidenti Makronun Afrin hücumunu "işgal hərəkatı" saymasına isə belə reaksiya verib: "Fransanın düşüncəsi axsaqdır. İşgal məntiqi ilə biz hərəkət etmirik. Bunu anlamaq üçün "Fərat qalxanı"'ndakı Münbiç, Cerablus və Azez xəttindəki  2 min km-lik əraziyə baxmaq gərəkdir. Türkiyə hər cür terrora qarşı nə etmək lazımdırsa, onu edir. Məqsədimiz Suriya vı İraq sərhəd boyunda terror xətti yaradılmasına mane olmaqdır. Bu yöndə də əməliyyat planlandığı kimi gedir". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA