"ABŞ Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq” - “Nyu York Tayms”

img

24-01-2018 [15:23]


"ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq”.

Bunu ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, "Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan "Nyu York Tayms” nəşrinə deyib.

Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.

"Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib/Publika.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA