ABŞ Müdafiə nazirindən Ankaraya Menbiç mesajı: "Detalları açıqlamaq doğru olmaz"

img

02-02-2018 [22:23]


Amerikanın Müdafiə naziri Ceyms Mettis Türkiyənin Afrindən sonrakı hədəfi olduğu bildirilən və uzun müddətdir PYD/YPG terrrorçularının işğal etdiyi Suriyanın Menbiç şəhərinin gələcəyi ilə bağlı açıqlama verib.

Mia.az xarici media istinadən bildirir ki, o, Menbiçdən PYD-nin çəkilib-çəkilməyəcəyi və Türkiyənin həmin bölgəyə hücum edəcəyi təqdirdə, ABŞ-ın necə mövqe tutacağı barədə suala belə cavab verib: "Menbiçlə bağlı Ankara ilə müzakirələr aparırıq. Ancaq həmin müzakirələrin detallarını açıqlamaq doğru olmaz".

Qeyd edək ki, prezident Ərdoğan bu günlərdə açıqlama verərək, Afrin əməliyyatına paralel olaraq Menbiçdə də yeni əməliyyata başlaya biləcəklərini deyib: "Sərhədimiz boyu bu terror yuvalarını məhv edəcəyik. ABŞ bizə zamanında Menbiçlə bağlı verdiyi sözü tutmadı. Odur ki, daha kimsənin məsləhətinə ehtiyacəmız yoxdur. Türkiyə öz yolunu özü müəyyənləşdirir və terroru yox etmək üçün heç kəsdən də icazə istəmir". 

Mia.az  



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA