Peskovdan ABŞ-ın “Qara siyahısı”na reaksiya: "Sənədi hələlik anlamaq çətindir”

img

30-01-2018 [16:01]


"ABŞ-ın "Kreml hesabatı”na daxil edilmiş siyasətçilər və iş adamları faktiki ABŞ-ın düşmənləri elan olunub".

Bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

"Bütün bunlar ABŞ-ın düşmənlərinə qarşı müqavimət haqqında qanuna əsasən edilir. Əgər siz mətni və bu sənədin başlığını oxusanız, görərsiniz ki, faktiki olaraq, həmin şəxslər ABŞ-ın düşmənləri adlandırılıb. Yanaşma belədir", – deyə D. Peskov söyləyib.

O, siyahının yayılmasını görünməmiş hadisə adlandırıb, lakin eyni zamanda, sənədi təhlil etmədən ona qiymət verməkdən çəkinib: "Sənədi hələlik anlamaq çətindir. Ona görə də üzərində işlənməlidir ki, hansısa motivasiyanın olub-olmaması və oraya daxil edilmə və ya edilməmənin səbəbləri araşdırılsın. Hələ ki cavabdan çox sual var”. 

Qeyd edək ki, siyahıya D. Peskovun da adı salınıb. Lakin hələlik bu siyahı orada adları olan şəxslərə qarşı avtomatik sanksiyaların tətbiq ediləcəyi demək deyil/APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA