"Yaxın Şərqdə qeyri-stabillik, Rusiyanın siyasəti və..." - NATO-nun baş katibindən təhlükə anonsu

img

31-01-2018 [20:11]


"Yaxın Şərqdə qeyri-stabillik, Rusiyanın siyasəti və Koreya Xalq Demokratik Respublikasının nüvə sahəsində güclənməsi müasir dünyada təhlükəsizliyə əsas təhdidlərdir".

 APA-nın məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Serbiyanın "Politika” qəzetinə müsahibəsində deyib.

 O, eyni zamanda terrorizmin əlavə təhdid olaraq qaldığını qeyd edib: "Biz bütün bəşəriyyətin təhlükəsizliyi üçün ən çətin və misilsiz hadisələrlə rastlaşırıq. Yaxın Şərq və Şimali Afrikada qeyri-stabillik, beynəlxalq sərhədləri pozan Rusiya, Şimali Koreyanın nüvə sahəsində möhkəmlənməsi və qitələrarası ballistik raketlərin inkişafı qlobal təhlükəsizlik və stabilli üçün əsas təhdidlərdir. Terrorizm və kiberhücumlar da sərhəd tanımır və əlavə olaraq təhlüksizliyimizə təhdid təşkil edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA