"130 km-lik sərhədboyu 90 sm qalınlığında sipər yaradıb, tunellər qazıblar" - Baş nazirdən Afrin açıqlaması

img

27-01-2018 [16:02]


"Fərat qalxanı” əməliyyatında 2 min kvadrat kilometrlik bir ərazidə İŞİD-lə ən çətin mübarizəni Türkiyə apardı.

Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

"3600 İŞİD yaraqlısını orada biz zərərsizləşdirdik. ABŞ dünyanı ayağa qaldırıb, ancaq ortada bir şey yoxdur. İraqda, Suriyada söz çox, ancaq əməldə heç nə yoxdur. Türkiyə isə bunları edir. İndi bəziləri deyir ki, Türkiyə Afrinə nə üçün girdi, niyə müdaxilə edir? 

Həqiqətləri bilmək lazımdır. 2012-ci ildə Afrin istiqamətində Fəratın şərqindən PKK terror qruplaşmasının bənzəri olan PYD-YPG gəldi və burada yerləşdilər. Demoqrafik quruluşuna nəzər salsanız, Afrində ərəblərin 60, kürdlərin isə 35 faiz təşkil etdiyini görərsiniz. Gəldilər burada insanların mülklərinə əl qoydular, xərac toplamağa başladılar, övladlarını zorla əsgərə çağırdılar. 

2014-də "Bir buranı kanton bölgə elan etdik” dedilər. Kanton bölgə elan edildikdən sonra 130 kilometrlik sərhədboyu 90 santimetr qalınlığında sipər yaradıb, tunellər qazdılar. Bəs bunu nə üçün edirsiniz? Belə bir ehtiyaca səbəb nədir? Siz kimsiniz, Suriya dövlətisiniz? Suriyanın Silahlı Qüvvəsisiniz? Sizə qarşı düşmənçilik var? Bunu nə üçün edirsiniz?”, - Yıldırım deyib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA