Lavrovla Çavuşoğlu müzakirə apardı - Telefon danışığı

img

24-01-2018 [22:12]


Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

 "İki ölkə liderləri arasında əlaqələrin davamı olaraq nazirlər Soçidə keçiriləcək Suriya milli dialoqu konqresinə hazırlığı müzakirə ediblər. Tədbirin uğurlu keçməsini təmin etmək üçün əlavə birgə addımlar atmağa dair razılığa gəlinib”, məlumatda deyilir.

Məlumata əsasən, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA