PKK/PYD Afrindən Türkiyədə məscidə raket atdı - 8 yarallı, bir ölü var

img

24-01-2018 [19:30]


Afrindən Türkiyənin Kilis bölgəsinə PKK/PYD terrorçuları 2 raket atıblar.

Mia.az NTV-yə istinadən xəbər verir ki, raket zərbələrindən biri  məscidə, digəri isə yaşayış evinə atılıb. 

Kilis meri hadisə ilə bağlı bu dəqiqələrdə açıqlama verib.

O bildirib ki, 8 yaralı var, onlardan 2-nin vəziyyəti ağırdır.

Son məlumata görə, onlardan biri xəstəxanada ölüb.

Xatırladaq ki, raket zərbəsindən dərhal sonra verilən məlumatda 15 yaralının olduğu bildirilirdi.

Onu da qeyd edək ki, "Zeytun budağı" əməliyyatından sonra bölgəyə raket atışları artıb. 

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA