“Onlar hansı qılığa girsələr də, xeyri yoxdur” – Baş nazirdən Afrin açıqlaması

img

25-01-2018 [14:48]


"Afrində keçirdiyimiz "Zeytun budağı” əməliyyatında 300-dən çox PYD terrorçusu zərərsizləşdirilib”.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

O deyib ki, terrorçulara qarşı əməliyyat plana uyğun olaraq davam edir: "Orada terrorçu İŞİD və PKK qruplaşmalarına qarşı mübariə aparırıq. İstər adlarını YPG, istər PYD qoysunlar, biz onları tanıyırıq. Hansı qılığa giririlər, girsinlər biz onları 40 ildir tanıyırıq”.

Baş nazir vurğulayıb ki, NATO-da Türkiyə ilə birlikdə fəaliyyət göstərən müttəfiq bir ölkənin terrorçularla quçaqlaşması üzücüdür: "Biz İran, İraq, Suriya və Aralıq dənizi boyunca uzanan 1350 km uzunluğunda olan sərhədlərimizdə heç bir terror qruplaşmasının formalaşmasına icazə verməyəcəyik"/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA