"Zeytin budağı" əməliyyatı: Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub

img

23-01-2018 [21:00]


 Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Məlumata görə, "Zeytin budağı" əməliyyatının dördüncü günündə çavuş Mehmet Muratdağı Afrin yaxınlarında PKK-nın Suriya qou olan PYD terrorçuları ilə silahlı qarşıdurmada yaralanıb və xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində "Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb. Əməliyyatlar zamanı Türkiyə ordusunun hərbçiləri Musa Özalkan və leytenant Oğuz Kaan Usta şəhid olmuşdu. 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA